Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qısasın alındı, Xocalı!” mövzusunda tədbir keçirilib

17.02.2022

16 fevral 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət Idarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzi və Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 30-cu il dönümü ilə əlaqədar Xocalı şəhər tam orta məktəbinin müəllim və şagird kollektivi ilə "Qısasın alındı, Xocalı!" mövzusunda görüş keçirildi. Əvvəlcə Xocalı faciəsini əks etdirən abidənin önünə tər- gül dəstələri qoyuldu və Xocalı şəhər tam orta məktəbində tədbir davam etdirildi. Vətənin suverenliyi, azadlığı uğrunda canından keçən şəhidlərimizin həmçinin, Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Goranboy rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Şəbnəm Əliyeva tədbiri açaraq Xocalı faciəsi haqqında geniş və ətraflı məlumat verdi. Mərkəzi Kitabxananın Abonement bölmə müdiri Gülnar Nəcəfova Sabir Şahtaxtının "Soyqırımıdan Xocalıya..." adlı kitabının təqdimatını etdi. Azərbaycanın Milli qəhrəmanı Xocalı faciəsinin qəhrəman şəhidi Əlif Hacıyevin həyatı və döyüş yolu barədə tədbir iştirakçılarına məlumat verdi. Xocalı faciəsinin canlı şahidi Nəzanə Həsənova Xocalı faciəsində itkin düşmüş, "Azərbaycan Bayrağı ordeni" ilə təltif olunmuş qardaşı Rövşən Həsənovun xatirələrindən danışdı.

 

76.4 KB

 

103.8 KB

 

55.2 KB