17.02.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxannın Uşaq şöbəsi 16.02.2022ci-il tarixində növbəti nağıl saatında Şəhid Şamil Quliyev adına 1saylı Uşaq bağçasında "Tap tapmaca,gül yapmaca"adlı tapmaca saatı keçirdi.Tədbiri aparan Uşaq şöbəsinin müdiri Rəna Məhərrəmova əvvəlcə tapmacaların yaranma tarixi haqqında ətraflı məlumat verdi.Bildirdi ki, Azərbaycan şifahi xalq ədəbiyyatının əhəmiyyətli bir qolu ,olan tapmacalar insanın zehni , qabiliyyətini savad, ağıl çevikliyini yoxlamaq məqsədilə yaradılan janırdır.Biz də bu gün hazırladığımız tapmaca saatında balacaların zehni qabiliyyətini inkişaf etdirmək,onların çevikliyini bacarığını öyrənmək məqsədilə onlara müxtəlif əşyaların adlarını əks etdirən tapmacalar təqdim etdik. Uşaqlar onlara verilən tapmacaların cavabını həvəs və maraqla tapırdılar .Kitabxanaçılarımız uşaqların yaş həddini nəzərə alaraq onlara daha asan, gündəlik həyatda istifadə etdikləri ,rast gəldikləri əşyaların adını əks etdirən tapmacalar hazırlamışdılar.Tədbirimiz balacaların çox xoşuna gəldi və onlar söylədiyimiz tapmacaların cavabını tapmaqda böyük həvəs və səy göstərdilər.Sonra balacalar onlar üçün sərgilədiyimiz nagıl kitabları ilə də tanış oldular.