Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qarabağın incisi -Şuşa” başlığı altında sərgi keçirilmişdir

17.02.2022

16.01.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana filialı və Gəncə Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 2022-ci ilin “Şuşa ili” elan olunması münasibəti ilə “Qarabağın incisi -Şuşa” başlığı altında sərgi keçirildi. 
Tədbiri filialın böyük kitabxanaçısı Elyanora Adıgözəlova açaraq Qarabağın döyünən ürəyi- Şuşanın tarixi, mədəniyyəti, musiqisi haqqında geniş məlumat verdi.
Gəncə Dövlət Rəsm Qalereyasının direktor əvəzi Məhbubə Həsənova isə “Şuşa ili”nə həsr etdiyi sənət əsərlərindən danışdı.
11 saylı filialın böyük kitabxanaçısı Elyanora Adıgözəlova sərgilənən kitablar haqqında geniş məlumat verdi.Tədbir iştikaçıları sərgidə nümayiş olunan kitablarla yaxından tanış oldu.
Tədbirdə Şuşanın tarixini, musiqisini, təbiətini, ədəbiyyatını özündə əks etdirən kitablardan ibarət sərgi və Gəncə Dövlət Rəsm Qalereyasının direktor əvəzi Məhbubə Həsənovanın keramika dolça üzərində  “Xarı bül-bül”, saxsı küpə üzərində Şuşada yazıb yaratmış “Molla Pənah Vaqif”in portreti, 44 günlük Vətən müharibəsi şəhidlərinin şəkillərindən yığılmış “Xarı bül-bül ətirli Zəfər dağı” adlı əl işləri nümayiş olundu.
Tədbirdə Azərbaycan Texnologiya Universitetinin müəllimləri  və IV kurs tələbələri, həmçinin, kitabxananın fəal oxucuları iştirak etdi.

 

215.3 KB

 

290.2 KB

 

262.4 KB