Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Goranboy rayonunda ümumrayon Novruz şənliyi

19.03.2018

Goranboy rayon İcra Hakimiyyətinin Başçısı Nizaməddin Quliyev Novruz bayramı münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi, onun şəxsində Azərbaycan xalqını təbrik etmişdir.

El şənliyində Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin Goranboy rayonu üzrə təşkilatlarının Novruz adət-ənənələrini özündə əks etdirən folklor və milli mətbəx nümunələri, eləcə də ədim milli oyunlar, “Kilimarası”, “Dirə döymə”, “Qozqoz” oyunu və s. nümayiş etdirilmişdir. Qara zurnanın sədaları altında pəhləvanların çıxışı, el rəqsləri, aşıqların çıxışı şənlik iştirakçıları tərəfindən sevinc hissi ilə qarşılanmışdır.

El şənliyində Lider TV-nin “Xeyirli axşamlar” verilişin əməkdaşları iştirak etmişlər. Azərbaycanın Əməkdar artistləri Baloğlan Əşrəfovun, Yusif Mustafayevin, muğam müsabiqəsi qaliblərinin çıxışları şənlik iştirakçılarında xoş əhval ruhiyyə yaranmışdır.