Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Milli kinonun inkişafına dair tədbirlər haqqında

24.10.2017

Mədəniyyət və Turizm Nazirliyinin “Milli kinonun inkişafına dair tədbirlər haqqında” 8 avqust 2017-ci il tarixli, 186 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə Gəncə şəhər MKS-nin oxu zalında kino mövsümünün açılışı ilə əlaqədar, 24 oktyabr  2017-ci il tarixdə, rejissor Tofiq Tağızadənin lentə aldığı “Uzaq sahillərdə” filmi nümayiş olundu.

         Oxu zalının kitabxanaçı Qafarova Könül açaraq “Uzaq sahillərdə” filmi haqqında qısaca məlumat verdi ki, film İkinci Dünya müharibəsindən bəhs edir və dünyanın 100-dən çox ölkəsində nümayiş etdirilmişdir. Film Azərbaycan xalqının şanlı oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin İkinci dünya müharibəsi illərində İtaliya və Yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizəyə həsr edilmişdir.

 Sonda isə film nümayiş olundu.