Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Böyük mübarizənin kiçik qəhrəmanları ” adlı tədbir keçirilib

16.02.2022

Gəncə Regional Mədəniyyət İdarəsi,Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı 15.02.2022 - ci il tarixdə 15 fevral - Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü ilə əlaqədar "Böyük mübarizənin kiçik qəhrəmanları " adlı tədbir keçirdi.
Tədbiri giriş sözü ilə böyük  kitabxanaçı Könül Mirxudayeva açaraq ilk öncə bütün uşaqlara sağlam gələcək arzuladı və qeyd etdi ki,Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü ilk dəfə Uşaq Valideynlərinin Konfederasiyasının təşəbbüsü ilə 2001 - ci ildən təqvimə daxil edilib.Hal hazırda bu gün 90 - dan artıq ölkədə keçirilir.Kitabxanaçı qeyd etdi ki,bu gün bütün insanları xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olmağa çağırır.Sonra söz Gəncə şəhər Üzeyir Hacıbəyli adına 1 saylı xəstəxananın fizioterapiya şöbəsinin uşaq həkimi Samirə Əhmədovaya verildi.
Həkim bildirdi ki, statistikaya əsasən, hər il dünyada təxminən 200 min uşaq xərçəng xəstəliyi ilə üzləşir və onların yarısı əfsuslar olsun ki,həyatını itirir.Qeyd olundu ki, Azərbaycan Respublikasının Birinci vitse - prezidenti,Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və akademik Cəmil Əliyevin təşəbbüsü ilə 2012 - ci ildən respublikamızda Uşaq Onkoloji Klinikası fəaliyyət göstərir.Sonra iştirakçılar: Uşaqlarda bu xəstəlik hansı simtomlarla başlaylr? Bu xəstəliyin yaranma səbəbləri hansılardır?Bu xəstəlik hansı yaş dövrünü əhatə edir? və.s suallarla nüraciət etdilər.
Həkim sualları ətraflı cavablandırdı.Tədbirin sonunda kitabxanaçı bütün insanları xəstə uşaqlara dəstək olmağa çağırdı və bütün uşaqlara sağlam həyat,sağlam gələcək arzuladı.