15.02.2022
Naftalan şəhər uşaq musiqi məktəbinin fortepiano müəllimi Tünzalə Zöhrabovanın oğlu İkinci Vətən Muharibəsi şəhidlərindən olan Bəxtiyar Aslanovun əbədiyyətə qovuşmasından bir il keçdi.Anım mərasimində Naftalan və Şuşa İcra Hakimiyyətinin numayəndələri,Millət Vəkili Anar Məmmədov,YAP Naftalan şəhər təşkilatı,hüquq mühafizə orqanlarının rəhbərləri,şəhər Ağsaqqallar şurası ,Gəncə Regional Mədəniyyət İdarəsinin Nümayəndələri,Naftalan şəhər uşaq musiqi məktəbinin kollektivi,şəhər ictimaiyyəti,şəhid ailələri,Qazilər,hərbçilər,din xadimləri,məktəblilər iştirak ediblər.Şəhidin məzarı ziyarət edilib,önünə gül dəstələri,əklil düzülüb,ruhuna dualar oxunub,əziz xatirəsi ehtiramla anılıb.
Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış 28 dekabr 1998-ci il təvəllüdlü Bəxtiyar Aslanovun nəşi Murovdağın Ağbaba yüksəkliyində aşkar olunmuş,13fevral 2021-ci ildə Goranboy rayonunun Balakürd qəbiristanlığındakı Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda"və "Kəlbəcərin azad olunmasına görə"medalı ilə təltif olunmuşdur.