15.02.2022
14.02.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 14 fevral Hərbi Hava Qüvvələri günü münasibətilə "Vətənin göylərində" başlıqlı onlayn tədbir keçirdi. Filialın müdiri Rahilə Qasımova 14 fevral Hərbi Hava Qüvvələri gününün yaranması haqqında ətraflı məlumat verdi.
Tədbirdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin məzunu Hava Hücümundan Müdafiə mayoru hazırda Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Mərkəzinin Hərbi rəhbəri Rəşad Məmmədov, 6 saylı tam orta məktəbin Gənclərin çağrışa qədərki hazırlıq rəhbəri I Qarabağ müharibəsinin iştirakçısı baş leytenant Nəriman Sadıqov, Gəncə şəhər 2 saylı Uşaq Gənclər şahmat məktəbinin futbol bölməsi üzrə baş məşqiçi müəllim Elçin Quziryani çıxış etdilər. Çıxış edənlər yeniyetmə və gənclərin hərbi vətənpərvər ruhda tərbiyə olunmasının vacibliyindən söhbət açdılar. Hərb peşəsinin çox gözəl lakin çətin və qürurverici peşə olduğunu xüsusi ilə vurğuladılar. Həm də 44 günlük II Qarabağ müharibəsində cəbhənin bütün istiqamətlərində ordumuzun göstərdiyi mərdlikdən, qəhrəmanlıqdan hər zaman vətən üçün canlarından keçməyə belə hazır olduqlarından danışdılar. Onu da qeyd etdilər ki, əvvəllər hərbi aviasiyamızın çoxu qeyri-Azərbaycan vətəndaşı idisə, hazırda bu gün bütün təyyarəçilərimiz, texnik, mexanik, şturman və digər mütəxəssislər Azərbaycan Respublikasının vətəndaşıdırlar. Həmçinin tədbirdə Azərbaycanın ilk hərbi pilotu Fərrux Qayıbov haqqında da məlumat verildi. 2016-cı il Aprel döyüşlərində böyük şücaət göstərən qəhrəmancasına şəhid olan pilotlarımızdan mayor Təbriz Musazadənin, mayor Urfan Vəlizadə və baş leytenant Əbubəkir İsmayılovun xatirələri anıldı.Tədbir iştirakçılar Hərbi Hava Qüvvələri günü münasibəti ilə bu sahədə təmsil olunan bütün hərbiçilərimizi təbrik etdilər, onlara aydın fəza arzuladılar.
Tədbirin sonunda Hərbi Hava Qüvvələri gününə aid hərbi helikopterlərə həsr edilmiş videoçarx nümayiş etdirildi.