Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Yaxşı kitab ən qiymətli xəzinədir” başlıqlı sərgi-söhbət keçirilib

15.02.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı kitabxana filialı 14.02.2022-ci il tarixdə 14 Fevral Beynəlxalq Kitab Bağışlama günü ilə əlaqadər "Yaxşı kitab ən qiymətli xəzinədir" başlıqlı sərgi-söhbət keçirildi. Böyük kitabxanaçı  Günel Əliyeva təqvimdə ən gənc bayramlardan olan bu günün, uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət oyadan bütün insanları birləşməsi üçün yarandığını bildirdi. Kitabxanaçı 14 Fevral Beynəlxalq Kitab Bağışlama Gününün tarixi haqqında qısa məlumat verərək qeyd etdi ki, ABŞ-da məhşur uşaq kitabı saytının yaradıcısı Emmi Brodmurun balaca oğlunun təşəbbüsü ilə yaradılmışdır. Bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin və uşaq yazıçılarının dəstəyi böyük rol oynamışdır.Bu günün təşkil olunmağında əsas məqsəd uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə kitab bağışlamaq, hədiyyə etmək, bölüşmək sevinci yaradır. 
Sərgidə yer almış maraqlı kitablarla  oxucular yaxından tanış oldular və onları maraqlandıran suallar kitabxanaçı tərəfindən cavablandırıldı.Kitabxananın ən fəal  kiçik yaşlı oxucularına kitab hədiyyə olundu.