Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Hərəyə bir kitab” adlı görüş keçirilib

15.02.2022

Gəncə Regional Mədəniyyət İdarəsi,Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı 14.02.2022 - ci il tarixdə 14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar kitabxananın kitabsevər oxucuları ilə "Hərəyə bir kitab" adlı görüş keçirdi.Tədbiri kitabxananın müdiri Natella Hacıyeva açaraq, oxucuları bu gün münasibətilə təbrik etdi və mütaliənin əhəmiyyətindən, gənclərin dünyagörüşünün inkişafında kitabın rolundan danışdı.Kitabxanaçı qeyd etdi ki, bugünki tarix kitabsevərlər üçün ən gözəl  bayramdır və kitabı sevdirmək üçün onu hədiyyə   etməkdən başlamaq lazımdır.
Kitabxanaçı Vüsalə Mustafayeva çıxış edərək, 2012 - ci ildən qeyd edilən Beynəlxalq Kitab Bağışlama Gününün yaranma tarixi haqqında məlumat verdi və bildirdi ki, son illər Azərbaycanda bu gün bir  sıra tədbirlərlə qeyd olunur.
Tədbirdə "14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü" adlı sərgi təşkil olunmuşdu.
Sərgilənən kitablar kitabsevərlərə hədiyyə olaraq nəzərdə tutulmuşdu.Sərgidə həm yeni, həm də oxunmuş kitablar sərgilənmişdi.
Görüşün sonunda kitabsevərlərə kitab hədiyyə olundu,onlar da öz növbəsində 7 saylı kitabxananın fonduna öz şəxsi kitablarını hədiyyə etdilər.
Bu bayram uşaqlarda kitaba məhəbbət,böyüklərdə isə bağışlamaq,hədiyyə etmək sevinci yaradır.

 

194.9 KB

 

180 KB