14.02.2022
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq Şöbəsində 14.02.22-ci il trixində Beynəlxalq Kitab Bağışlama günü münasibətilə “Kitablarla dost olaq, kitablardan öyrənək” başlığı altında mütaliə günü təşkil edildi.
Tədbiri şöbənin müdiri Ellada Rəhimova açaraq qeyd etdi ki, bu tarixi gün 2012-ci il fevralın 14-də ABŞ-da tanınmış uşaq kitabı saytı -“Delightful Children’s”in yaradıcısı Emmi Brodmurun təşəbbüsü ilə irəli sürülüb.Fevralın 14-ü kitab hədiyyə etmək üçün əlamətdar bir gün kimi təqvimə daxil olib. Həmin gün kitabxanaya gələn uşaqlar kitabxana ilə yaxındaş tanış oldular, onlara kitabxanada təşkil olunmüş kitab sərgiləri və fonda daxil olmuş yeni kitablar haqqında ətraflı məlumat verildi. Bildirildi ki, bu günün mahiyyəti kitaba məhəbbət və kitab bağışlamaq sevincini yaradır. Kitab oxumaq isə hər kəsin dünyagörüşünü formalaşdırır, dünyaya baxışını genişləndirir, dərinləşdirir, təfəkkürünü inkişaf etdirir, düşünmək və analiz etmək bacarığını artırır. Kitablar bilmədiyimiz dünyaları bizə açır. Ugurlu həyat yolunun başlanğıcı olan mütaliə insanın mənəvi dünyasının zənginləşdirir və yetkin şəxsiyyət kimi formalaşdırır. Uşaqlara tövsiyyə olundu ki, lazımsız kompüter oyunları yerinə dahi insanların yazdıqları kitabları vərəqləyin, vaxtınızı düzgün dəyərləndirin, ani, keçici həvəslərə deyil, vaxtınızı sizə fayda və bilik verən kitablara sərf edin. Tədbirin sonunda iştirakçılara “Göy qurşağı” jurnalı hədiyyə olundu və onlar tədbirdən xoş əhval-ruhiyyə ilə ayrıldılar.