Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Əşrəf” hekayəsinin ucadan oxusunu keçirilmişdir

14.02.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Uşaq kitabxanası 11.02.2022ci-il tarixində 1saylı şəhər tam orta məktəbində Azərbaycan yazıçısı Süleyman Sani Axundovun seçilmiş əsərlərindən toplanmış "Qorxulu Nağıllar" başlığı altında yazdığı," Əşrəf" hekayəsinin ucadan oxusunu keçirdi.Şöbənin müdiri Rəna Məhərrəmova əvvəlcə iştirakçılara XX əsr Azərbaycan Uşaq ədəbiyyatının formalaşmasında,

inkişafında əvəzsiz rolu olan Süleyman Sani Axundovun həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Bildirdiki, Süleyman Sani Axundov Azərbaycan realist nəsrinin böyük nümayəndələrindən olan maarifpərvər yazıçı 40- illik yaradıcılıq yolu keçmişdir.Həm içtimai həm də ədəbi fəaliyyəti ilə o böyük demokrat,yorulmaz maarifçi istedadlı sənətkar kimi XX əsr Azərbaycan ədəbiyyatının tarixində şöhrət qazanmışdır.1saylı şəhər tam orta məktəbin kitabxanaçısı

Şahnaz Rüstəmova yazıçının 1914 cü ildə "Qorxulu nağıllar"başllğı altında yazdığı "Əşrəf"hekayəsi haqqında məlumat verərək qeyd etdi ki bu hekayəni ədib Əşrəf adlı şagirdinə ithaf etmişdi.

Məktəbin 5-ci sinif şagirdləri yazıçının "Əsrəf" hekayəsini hissələrlə ucadan oxudular.Tədbirdə əsas məqsəd şagirdlərin nitq qabilliyətini inkişaf etdirmək və kitabxanaya yeni oxucu kütləsi cəlb etməkdən ibarət olmuşdu.

 

32.1 KB