14.02.2022
11.02.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı kitabxana filialında 2022-ci ilin Azərbaycanda “Şuşa ili” elan edilməsi ilə əlaqədar “Tariximizin 270 illik şah əsəri” adlı onlayn oxucu konfransı keçirildi. Əvvəlcə Vətənimizin bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi yad olundu. Tədbiri açan filialın müdiri Firuzə Yunusova qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.
Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır. “
Şuşa sadəcə bir yer adı deyil, bu gün hər bir Azərbaycanlı üçün Şuşa tariximiz, mədəniyyətimiz, qürurumuz, 44 günlük müharibə nəticəsində əldə etdiyimiz böyük zəfərdir.
Filologiya üzrə fəlsəfə doktoru AMEA Gəncə bölməsi Humanitar Tədqiqatlar İnstitutu Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri Ruziyə Quliyeva öz çıxışında Şuşanın sürətlə dirçələrək əvvəlki mədəni həyatına qovuşması yolundan,bu il Şuşanın əsasının qoyulmasının 270 ilinin tamam olmasından, bu yubiley zirvəsindən Azərbaycan xalqının tarixinə,mədəniyyətinə öz torpağına bağlılığına baxışından danışdı.
Sonra AMEA-nın Gəncə bölməsi, N.Gəncəvi Mərkəzinin Böyük elmi işçisi,Filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov söylədi ki,44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu və xalq vətənin müdafiəsi və torpaqlarımızın işğaldan azad olunması uğrunda bir yumruq kimi birləşdi.Güclü ordumuz qısa bir vaxtda torpaqlarımızı işğaldan azad etdi. Az keçmədi ki, Ali Baş Komandan zəfər xəbərini xalqımıza çatdırdı : Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ Azərbaycandır! Sonra çıxış edənlər Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının keçirilməsindən və M.P. Vaqifin məqbərəsinin yenidən qurulmasından, X.B.Natəvanın, Bülbülün, Ü.Hacıbəyovun güllələnmiş heykəllərinin bərpa olunub Şuşaya qaytarılmasından danışdılar.