14.02.2022
08 fevral 2022ci il tarixində Gəncə Regional Mədəniyyət idarəsi Samux rayon Sərkar uşaq musiqi məktəbinin Fortepiano şöbəsində şagirdlərin texniki vərdişlərini inkişaf etdirmək məqsədi ilə 2,3, 4, 5 və 6-cı siniflər arasında müxtəlif bəstəkarların etüdləri üzrə bağlı müsabiqə keçirildi. Müsabiqədə münsiflər heyətinin üzvləri kimi məktəbin direktoru Səadət Məmmədbəyova,dərs hissə müdiri Ruhanə Həsənova,şöbə fortepiano şöbəsinin müdiri Aynurə Tağıyeva,fortepiano müəllimi Pərvanə Əzimova şagirdləri dinləmişlər.Şagirdlər müvafiq siniflər üzrə 1-ci yerə 4 nəfər- Məmmədzadə Lalə (2ci sinif), Tağıyeva Lalə(3cü sinif), Hüseynli Fatimə(4cü sinif) , Hüseynova Aysu(6cı sinif), 2ci yerə 5-nəfər 3-cü yerə 5 nəfər şagird layiq görülmüşdür. Müsabiqədə 1-ci 2-ci 3-cü yerləri tutan şagirdlər direktor tərəfindən diplomlarla təltif edilmişlər