11.02.2022
11.02 .2022- ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mədəniyyət Mərkəzində “Sağlamlıq insan cəmiyyətinin sərvətidir” adlı söhbət keçirilmişdir.
Mədəniyyət Mərkəzinin direktoru Afina Quliyeva torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş etdi.
Mədəniyyət Mərkəzinin İlk tibbi yardım kursunun rəhbəri ,Tibb Kollecinin həkim müəllimi , Rüstəm Kərimov çıxış edərək qeyd etdi ki, məhşur alman flosofu Artur Şopenhauer demişdir ki, “Sağlamlıq hər şey deyildir, lakin sağlamlıq olmadıqda hər şey bir heçdir” .Sağlamlıq insana verilən ən böyük nemətdir. Sağlamlığı qorumaq üçün düzgün qidalanma ,aktiv həyat tərzi,düzgün yuxu ritmi ,normal əmək və istirahət rejimi olmalıdır.”Sağlam bədəndə sağlam ruh olar”məsəlində olduğu kimi fiziki sağlamlıq həm də insanın fiziki halına təsir edir. Ekologiyanın pisləşməsi ,informasiya və texniki xarakterli gərginliyin artması orqanizmə mənfi təsir göstərir. Eyni zamanda O ,2020 –ci ilin mart ayından bütün dünyanı cənginə alan Covid-19 xəstəliyindən qorunmaq qaydalarına əməl olunmasının vacibliyindən danışdı..
Sağlam yaşamaq üçün sağlam həyat tərzinə əməl etmək lazımdır. Kalorili,faydalı və ekoloji cəhətdən təmiz qidalar qəbul edilməsinə xüsusi fikir vermək lazımdır. Yeməkdən yarım saat əvvəl su içmək lazımdır. Yemək əsnasında və qidalanmadan dərhal sonra su içmək olmaz.
Erkən yaşlarında fiziki cəhətdən fəal həyat sürmək vacibdir. Buraya idman, qaçış , üzgüçülük , hərəkətli oyunlar və s. daxildir.
Zərərli vərdişlərdən uzaq olmaq da sağlamlığa zəmanətdir. Ümumiyyətlə zərərli vərdişlər həyat fəaliyyətinin aşağı düşməsinə ciddi təsir göstərən səbəblərdən sayılır. Sonra Mədəniyyət Mərkəzinin direktoru Afina Quliyeva gənclərimizə tövsiyyəsində bildirdi ki, spitli içkilər içmək , narkotik vasitələr , siqaret çəkmək, sağlam həyat tərzinə pis təsir göstərir. Gənc nəsilın sağlam böyüməsi üçün onlarda erkən yaşlardan sağlam həyat tərzinə uyğun vərdişlərin formalaşması çox vacibdir.
Tədbirdə tələbələr və ərazi sakinləri iştirak etdi.
Tədbir mövcud karantin rejiminə uyğun olaraq təşkil edilmişdir.