Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“44Gün Qarabağda “ kitabının təqdimatını keçirilib

11.02.2022

10.02.2022-ci ildə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qarayeri qəsəbə kitabxana filialı və “Ting” nəşriyyat evinin direktoru, Yazıçılar Birliyinin üzvü Çinarə Köçərli ilə “44Gün Qarabağda “ kitabının təqdimatını keçirdilər. İlk öncə Qarabağın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbiri giriş sözü ilə Qarayeri qəsəbə kitabxana filial müdiri Samirə Məmmədova açaraq 44 gün davam edən Vətən Müharibəsində hər bir

Azərbaycan vətəndaşının birlik olub qələbə mübarizəsinə qalxmasından, yazıçılarda kitablar yazaraq gələcək nəsillərə ötrülməsinə səbəbkar olmalarından danışdı. Söz yazıçı Çinarə Köçərliyə verildi 44 Gün Qarabağda!Uşaqlar üçün! Hekayələr Kitabı! Sizə təqdim etdiyimiz bu kitabda müxtəlif yaşlı uşaqların ata, əmi, dayı və qardaşlarının 44 günlük Vətən müharibəsindəki qəhrəmanlıqları və döyüş yolundan bəhs edən hadisələr yazıçı

Çinarə Köçərlinin qələmi ilə yazılmış, ibrətli hekayələr şəklində yazılmışdır. Kitabda oxuduğunuz bütün hekayələr real, baş vermiş hadisələrə əsasən yazılmışdır. Hadisələri qazilərimiz öz dilləri ilə söyləmiş, uşaqlar olduğu kimi müəllifə nəql etmiş, müəllif onu maraqlı, düşündürücü, fayadlı, həyəcanlı hekayələrə çevirmişdir. Hekayədə adı çəkilən rayonlar, məkanlar, tarixlər, döyüşçülərimizin tutduğu vəzifə olduğu kimidir. Daha maraqlı olması və hadisələri

gözünüzün qarşısında canlandırmanız üçün kitabda hekayələrə aid kifayət qədər illüstrasiyalara da yer ayrılmışdır. İllüstrasiyada olan həm uşaqlar, həm də qazi və şəhidlər həyatdakı görünüşləri kimi təsvir edilməsindən danışdı.Tədbirdə Samux rayon MKS-nin direktor səlahiyyətlərini müvəqqəti icra edən Telli Nəsibova,

Xidmət şöbəsinin müdiri Vüsalə Əliyeva, Seyidlər kənd kitabxana filial müdiri Xatirə Məmmədova, Sarıqaya kənt kitabxana filial müdiri Tahirə Abbasova, Ziyatlı sənətkarlığ evinin dərnək üzvü Ülvi Zeynallı, Qiyaslı klubunun müdiri Bülbül Kərimova, İnstitut qəsəbə orta məktəbinin şagirdləri, Qarabağlar kənt orta məktəbinin şagirdləri , “44 Gün Qarabağda “ kitabı haqda öz təəsuratlarını bölüşdülər , yazıçı Çinarə Köçərliyə təşəkkürlərini bildirdi

 

114.2 KB

 

155.2 KB