Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Yol Əlifbası” adlı sərgi-oyun keçirilmişdir

11.02.2022

10.02.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi Yol hərəkəti qaydaları haqqında “Yol Əlifbası” adlı sərgi-oyun keçirildi. Tədbir M.Ə.Sabir adına tam orta məktəbin 4a sinifi ilə birgə keçirildi. Uşaq şöbəsinin müdiri Venera Məmmədova uşaqları salamladı və bildirdi ki, biz hamımız yol hərəkət qaydalarını bilməliyik. Küçə qanunu çox çətindir. Piyadanın küçə ilə istədiyi kimi getməsini, qaydalara əməl etmədiyini bağışlamaz. Amma bu qanun həm də çox mehribandır: insanları dəhşətli bədbəxtlikdən qoruyur. Yol hərəkət qaydaları çox vacibdir. Uşaqlar Svetaforun qırmızı, sarı, yaşıl işıqları nəyi göstərir?, Hansı simvolları bilirsiniz?, Hansı yaşda velosipet sürə bilərsiniz?, Küçədə davranış qaydaları uşaqlara nəyə qadağan edir? verilən suallara ətraflı cavab verdilər.

 

146.3 KB