11.02.2022
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsində 10.02.22-ci il tarixində “Kitablarla sevinclə addımlayaq”, “Kitab bizim yol yoldaşımızdır”, “Kitablarla dünyanı tanıyaq”, "Sevimli kitablarımız” başlıqları ilə kitab sərgisi təşkil edildi. Tədbirdə İsrafil Məmmədov adına 27 nömrəli məktəb-liseyin III sinif şagirdləri iştirak etdilər.Sərgidə uşaqların maraq dairəsinə uyğun müxtəlif mövzulardan bəhs edən elm və bədii ədəbiyyat nümunələri nümayiş olundu. Sərgilənən kitablar arasında Azərbaycanın tanınmış şair və yazıçılarının əsərləri ilə yanaşı rus, ingilis və türk ədəbiyyatından seçmələrdə yer almışdır. Sərgi haqqında məlumat verən şöbənin böyük kitabxanaçısı Aytən Əliyeva məktəblilərə F.Köçərlinin “Balalara hədiyyə”, Sevinc Nuruqızının “ Babək”, “Ciya ilə iki gün”, “Sarı qız”, “Dız və Vız”, Qəşəm İsabəylinin “Əkil və onların başına gələnlər”, “ Nənəm təkdi”, “Reyhan Yusifqızının “Ulduz pərisi”, "Pəncərəni kim sındırdı", Ə.Haqverdiyev “Ovçu Qasım”, Aleksandr Sergeyeviç Puşkin “Qızıl xoruz”, “Balıqçı və balığın nağılı” və s. kitabları ilə tanış etdi və sərgi haqqında ətraflı məlumat verdi. Sərgidə həmçinin Qarabağın tarixini və mədəniyyətini əks etdirən, eləcədə tariximizin unudulmaz səhifəsi olan I və II Qarabağ müharibəsinə həsr olunmuş kitablar və uşaq əsərləridə yer almışdır. Tədbiri keçirtməkdə əsas məqsəd uşaqların kitaba olan marağını artırmaq və mütaliəyə həvəs yaratmaqdır.