Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Sən azadsan, Şuşa!-Azadlığın mübarək” adlı onlayn konfrans keçirilib

11.02.2022

10.02.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi və kənd filialları ilə birgə Azərbaycanın dilbər guşələrindən olan Şuşa şəhərinin azad olunması ilə bağlı "Sən azadsan, Şuşa!-Azadlığın mübarək" adlı onlayn konfrans keçirildi.

Tədbirin ilk açılışını Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov açdı. O, tədbir iştirakçılarını salamladı və Şuşa haqqında geniş məruzə ilə çıxış etdi. 2020-ci il noyabrın 8-i Şanlı Qələbəmiz, Zəfər günü kimi Azərbaycan tarixinə əbədi yazıldı. Təsadüfi deyil ki, Şuşanın işğaldan azad olunduğu gün Prezidentin Sərəncamı ilə “Zəfər günü” elan edildi. Doğma torpağın hər qarışı, hər bir şəhər və kəndimiz bizim üçün əzizdir. Amma alınmaz qala, Qarabağın tacı sayılan Şuşanın tariximizdə öz yeri var. Şuşa həm də mədəniyyətimizin beşiyidir. Prezident İlham Əliyevin Şuşanı rəsmən Azərbaycanın Mədəniyyət Paytaxtı elan etməsi bu qədim şəhərin özəlliklərindən qaynaqlanır. Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşanı 28 ildən çox əsarətdə saxlayan erməni işğalçıları onun simasını dəyişməyə cəhd göstərib, xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirib. Buna baxmayaraq Şuşa sınmayıb, əyilməyib. Dövlətimizin başçısının qeyd etdiyi kimi, mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib.

Sonra söz Mədəniyyət Mərkəzinin informasiya və texnologiya üzrə mütəxəssisi Məhərrəmova Məlahətə  verildi. O, qetd etdi ki, Azərbaycanın 44 günlük Vətən müharibəsi hərb tarixinə XXI əsrin müharibəsi kimi yazıldı. İndi dünyanın qabaqcıl ölkələrinin hərb məktəblərində işğalçılara qarşı apardığımız “Dəmir yumruq” əməliyyatı öyrənilir. Şuşa uğrunda döyüşlər bu sırada xüsusi yer tutur. Bu şəhər təbii istehkam olduğundan oraya tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Odur ki, alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla sıx meşələrdən, dərin dərələrdən keçərək, qayalara, dağlara dırmaşaraq düşməni üzbəüz döyüşdə məhv etdi. Vətən müharibəsi, onun şanlı epizodu olan Şuşa əməliyyatı kimin kim olduğunu göstərdi. Azərbaycan və Ermənistanın bu təkbətək döyüşü “məğlubedilməz erməni ordusu” mifini darmadağın etdi, həm düşmənə, həm də dünyaya bizim gücümüzü göstərdi, haqq-ədalətin təntənəsi oldu.

Daha sonra söz Qiyaslı kənd klubunun müdiri Kərimova Bülbülə verildi.O, çıxışında bildirdiki, Ölkə Prezidenti İlham Əliyevin başçılığı altında Müzəffər Azərbaycan Ordusunun əsgərləri tarixdə misli görünməmiş qəhrəmanlıq göstərərək  qanları, canları bahasına uzun illər həsrətində olduğumuz Şuşanı bizə qaytardı. Biz ölkə Prezidenti cənab İlham Əliyevin illərdir apardığı məqsədyönlü siyasəti, böyük iradəsi, Şanlı Ordumuzun şücaəti ilə, şəhidlərimizin qanı bahasına böyük bir tarixi qələbə qazandıq. Ermənilərin torpaqlarımızda törətdikləri vandalizmi, 30 illik işğal tarixini də unutmaq olmaz. Düşmənin viran qoyduğu Qarabağımızın yaraları tədricən sağalacaq, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Xalqımız bundan sonra əzəli yurd yerlərimizdə əbədi yaşayacaq.

 

75.1 KB