11.02.2022
10.02.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət idarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş kitabxana sisteminin 6 saylı Gənclər kitabxana filialında fondumuzu təbliğ etmek məqsədiilə "İlyas Əfəndiyev yaradıcılığına səyahət" başlığı altında kitab xülasəsi keçirildi.Tədbirdə fəal oxucular iştirak edirdilər. Böyuk kitabxanaçı Xəyalə İsmayılova qeyd etdi ki, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli yazıçılarından olan İlyas Əfəndiyevin yazdığı əsərlər hər zaman oxucuların və gənclərin rəğbətini qazanmışdır. Yazıçının "Dağlar arxasında üç dost", "Geriye baxma qoca", "Xan çinar", "Üç atılan" " "Sarıköynək və Valehin nağılı" romanlarında yazıçı Qarabağ camaatının həyatını gündəlik güzəranlarını, bolşevik üsuli -idarəsinin gətirdiyi iztirabları yüksək sənətkarlıqla açıb göstərir. Azərbaycan ədəbi tənqidində deyildiyi kimi, bu romanlar, əslində böyük yazıçının yaratdığı yeni bir " Qarabağnamə" dir. Yazıçının yazdığı bu romanlar Azərbaycan roman janrının inkişafında, yeni bədii- estetik xüsusiyyətlər əldə etməsində ciddi rolu olmuşdur. Tədbirdə iştirak edən gənclərin İlyas Əfəndiyevin yaradıcılığı və yazdığı əsərləri haqqında verdikləri suallar cavablandırıldı. Məqsədimiz fondumuzu təbliğ etməklə yanaşı Azərbaycanın görkəmli yazıçılarının əsərləri ilə gəncləri tanış etməkdir.