Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şuşa zəfəri” adlı dəyirmi masa keçirilib

11.02.2022

10.02.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət idarəsi Samux rayon Mədəniyyət Mərkəzi Sərkar kənd Folklor evində "Şuşa zəfəri,,adlı məsafəli dəyirmi masa keçirildi. Tədbiri ilk öncə Folklor evinin müdiri Əsgərova Göycək açdı. Göycək Əsgərova çıxış edərək bildirdi ki, Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur. Ümummilli Lider Heydər Əliyev Şuşanın ölkəmiz üçün dəyərini bu sözlərlə ifadə etmişdir.Şuşa şəhəri təbiəti və saf havasına görə və müalicə əhəmiyyəti baxımından sovet illərində kurort şəhəri hesab olunub.İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın nəzarət altına aldığı Şuşa ölkənin Mədəniyyət paytaxtı elan edilib.Sərkar kənd Folklor evinin metodisti Əmiraslanova Aynurə bildirdi ki, Şuşanın azad olması doğrudan da, Şuşanın işğaldan azad edilməsi xalqımızın qəhrəmanlığı tarixdə xusüsi yer tutacaq. Demək olar ki, əlbəyaxa döyüşlərlə azad edilən Şuşa şəhəri düşmənə vurulan ən böyük zərbə idi.Sonda Sərkar kənd Folklor evinin bədii-qiraət dərnəyinin üzvlərinə söz verildi. "Əziz Şuşa sən azadsan,, şeirini söylədilər.İsmayılzadə Zeynəb Hüseyinli Fatimə Quluyeva Mələk.