11.02.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana filialı 10.02.2022-ci il Fransız yazıçısı Hüqo Viktor Marinin anadan olmasının 220 illiyi ilə əlaqədar “Səfillər əsərinin” müzakirəsini keçirdi.
Tədbirdə 6 saylı məktəbin 6a sinif şagirdləri və müəllimləri iştirak edirdilər. Tədbiri 1 saylı kitabxananın böyük kitabxanaçısı Lalə Kərimzadə açdı. Lalə öz çıxışında qeyd etdi ki, XIX əsrdə, bu yüzillikdə əksər fransız yazıçı və şairləri Şərq aləmiylə bağlı əsərlərini yaratdılar: Romanın əsas obrazı Jan Valjandır. O, bacısının övladı acından ölməsin deyə oğurluq edib həbs olunan gəncdir. Əsərdəki Kozetta obrazı diqqətimi daha çox çəkib. Kozettanın acı həyatı oxucuya özgə taleyinə yanmaq, başqalarının dərdini özününküləşdirək kimi insani keyfiyyətlər aşılayır. “Səfillər”də oxucunun laqeyd qala bilmədiyi xeyli obraz olsa da, məncə, onların arasında ən acı tale Kozettanındır. Onun kiçik yaşlarında nələr çəkdiyini xatırlayın...
Çıxış üçün daha sonra söz 6 saylı məktəbin ədəbiyyat müəllimi Məmmədova Kəmaləyə verildi. O, qeyd etdi ki, Viktor Hüqo öz dövrünün cəmiyyətini, orada azyaşlı qızların, ailə, valideyn sevgisindən məhrum olanların min bir əziyyətini ustalıqla qələmə alır.
Daha sonra söz 6 saylı məktəbin ədəbiyyat müəllimi Xəlilova Şəlaləyə verildi.O, bildirdi ki, Jan Valjandan isə çox danışmaq olar. O, dünya ədəbiyyatının ən böyük obrazlarından biridir. Van Valjan necə dəyişir, onu həyata kimlər təmizləyir, bütün bunlar necə baş verir? – Bu suallara cavab tapmaq üçün romandakı hadisələr burulğanına düşmək lazım. “Səfillər” Viktor Hüqonun 1862-ci ildə nəşr olunan və XIX əsrin ən mükəmməl nəşri hesab edilən fransız romanıdır. Romanda XIX əsrin əvvəllərində on yeddi il ərzində bir neçə fransız obrazın həyatı və qarşılıqlı münasibətləri izlənilir. Roman əski dustaq Jan Valjanın çarpışmaları və xilasolma sərgüzəştləri üzərində qurulub.
Dahi rus yazıçısı Lev Tolstoyun “fransız ədəbiyyatının ən yaxşı romanı” adlandırdığı bu ölməz əsər, demək olar, bütün dünya dillərinə tərcümə olunaraq müəllifinə əbədi şöhrət qazandırmışdır. Hamı üçün yazılmış ”Səfillər” bu gündə qapıları döyür.”Açın biz sizə gəlmişik” deyir.Olməz ədibin sahilsiz kədərinin ayrılmaz parçası olan bu şah əsəri hər bir insana mənəvi cəhətdən zənginlik qazandıracaq qüdrətə sahib romandır.Əgər“Səfillər”olmasaydı,dünya ədəbiyyatı həqiqətən də bir xeyli yoxsul görünərdi.