Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Müharibə uşaqları” başlıqlı onlayn tədbir keçirilib

10.02.2022

Gəncə Regional Mədəniyyət  İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 9.02.2022-ci il tarixdə müharibə və uşaq ədəbiyyatı mövzusunda "Müharibə uşaqları" başlıqlı onlayn tədbir keçirdi. Tədbiri giriş sözü ilə açan filialın müdiri Rahilə Qasımova söylədi ki, uşaq ədəbiyyatı özündə güclü ideya-estetik və mənəvi  bir yük daşıyır, həm də yüksək mənəvi keyfiyyətləri ilə səciyyələnir. Uşaq ədəbiyyatı uşaqları  zəngin mənəvi zövqə malik bir insan kimi tərbiyə  edir, öz xalqının  mübarizələrlə zəngin tarixi  keçmişinə dərindən bələd olmasını təmin edir. 
Tədbirdə   AMEA-nın Gəncə bölməsi Nizami Gəncəvi Mərkəzinin   böyük elmi işçisi  Filologiya üzrə fəlsəfə doktoru Əlmuxtar Muxtarov, Yazıçılar Birliyinin üzvü, şairə, dramaturq Aləmzər Əlizadə,  19, 24 saylı tam  orta məktəblərinin Uşaq Təşkilatı Birliyinin rəhbərləri Kəmalə İsrafilova,  Kəmalə Əhmədova,  24 saylı tam orta məktəbin kitabxana müdiri Radə İsmayılova və ibtidai sinif müəllimi  Rahilə Abbasova, Gəncə şəhər Təhsil İdarəsinin metodisti, psixoloq Vüsalə Balayeva çıxış etdilər. Çıxış edənlər  Azərbaycan və dünya uşaq ədəbiyyatında müharibə mövzusunda yazılmış ən yaxşı əsərlər haqqında da məlumat verdilər. Tədbirdə onu da qeyd etdilər ki, müharibə mövzusu ən çox uşaq ədəbiyyatına   II dünya müharibəsində alman faşistlərinin  insanlığa qarşı amansız rəftarları qələmə alınaraq yazılmışdır.  II Qarabağ Vətən müharibəsində qələbənin əldə edilməsində I Qarabağ müharibəsi və Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizəyə  həsr edilmiş bədii əsərlərin təsirindən  danışdılar.
Həmçinin tədbirdə müharibənin uşaq psixologiyasına mənfi təsirindən də söhbət açıldı. Tədbirimizdə  uşaqlar tərəfindən yazıçı Ənvər Məmmədxanlının müharibə mövzusunda yazılmış "Buz heykəli", "Ananın ölümü", "Püstə ağacı" və S.S Axundovun  "Abbas və Zeynəb" hekayələri söylənildi və müharibə haqqında fikirləri dinlənildi. Sonda "Uşaqların müharibə qorxusu" adlı videoçarx nümayiş etdirildi. Tədbirdə 19, 20,24,30 saylı tam orta məktəbin şagirdləri iştirak etdilər.

 

97.7 KB

 

97.8 KB