Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Yazıçı, dramaturq Cəlil Məmmədquluzadə yaradıcılığına səyahət” adlı biblioqrafiq icmal keçirilmişdir

10.02.2022

10.02.2022-ci il tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Abonement şöbəsində “Yazıçı, dramaturq Cəlil Məmmədquluzadə yaradıcılığına səyahət” adlı biblioqrafiq icmal keçirildi. Kitabxanaçı Səbinə Piriyeva yazıçının həyat və yaradıcılığı haqqında geniş məlumat verdi və bildirdi ki, Molla Nəsrəddin» jurnalının nəşrinə başlamaqla Cəlil Məmmədquluzadə Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoymuş və «Molla Nəsrəddin» adı ilə məşhur olmuşdur. Cəlil Məmmədquluzadə publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını yalnız məzmunca deyil, formaca da zənginləşdirmişdir. Onun «Poçt qutusu», «Usta Zeynal», «İranda hürriyyət», «Qurbanəli bəy» kimi hekayələri, məşhur «Ölülər» komediyası Azərbaycan realizmi və satirası tarixində şərəfli yer tutduğunu xüsusilə qeyd edən kitabxanaçı yaradıcılığında milli şüur «Anamın kitabı», məktəb tərbiyəsi, ümumiyyətlə xalq maarifi «Danabaş kəndinin məktəbi problemlərinə geniş yer verdiyi kitabları haqqında oxuculara geniş məlumat verdi. Tədbirdə kitabxananın fəal oxucuları iştirak edirdi.

 

141.4 KB