15.03.2018
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində 15.03.2018-ci il tarixdə “Nağıl guşəsi”ndə kitabxananın fonduna daxil olan yeni tərtibatda nəşr olunmuş görkəmli rus ədəbiyyatının banisi A.S.Puşkinin “Сказки” kitabından “Сказка о золотом петушке” nağılından ucadan oxu keçirildi. Uşaqlar nağılı böyük həvəs və maraqla oxudular. Tədbirin keçirilməsində məqsədimiz uşaqları yeni alınmış rus nağıl kitabları ilə tanış etmək və onların ucadan oxu texnikasını təkmilləşdirməkdir.