Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”İgidlər ölməz, Vətən bölünməz”başlığı altında anım günü keçirilib

08.02.2022

07.02.2022 ci il tarixində Gəncə Regional Mədəniyyət idarəsi Samux rayon MKS-nın Yuxarı Ağasıbəyli kənd kitabxana filialının təşkilatçılığı və Samux rayon Yuxarı Ağasıbəyli kənd tam orta məktəbinin iştirakı ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü münasibət ilə "İgidlər ölməz, Vətən bölünməz"başlığı altında anım günü keçirildi. Tədbiri giriş sözü ilə Samux rayon Yuxarı Ağasıbəyli kənd tam orta məktəbin direktoru Məhərrəmova Gülsəfa açaraq tədbir iştirakçılarını salamladı və Azərbaycan Şəhidlərinin ruhunu bir dəqiqəlik sükutla yad edildi. Sonra isə sözü Yuxarı Ağasıbəyli kənd kitabxana filialının müdiri İsayeva Abidəyə verildi.O öz çıxışında Mübariz ibrahimovun döyüş yolunda geniş çıxış edərək bildirdi ki gizir Mübariz İbrahimov bu döyüşə xüsusilə fərqləndi.Cəbhə xəttini keçərək erməni qəsibkarlarınin kazarmasina daxil olmuş altı saat onlarla tək başına vuruşmuşdur.Ermənilərin öz silahları ilə özlərinə divan tutmuş, onlarla erməni qəsibkarlarını məhv etmişdi.R.Fnın prezidenti V.V.Putin Mübariz İbrahimovu Azərbaycanın renbosu adlandırmışdı.Azərbaycan Respublikasının prezidenti 22iyun 2010 cu il tarixli fərmanı ilə Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı fəxri adını vermişdi.Sonra isə məktəbin şagirdləri qəhrəmanlıq haqqında şeirlər söylədilər.

 

95.5 KB