Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Kitab xülasəsi keçirilib

08.02.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 20 saylı kitabxana filialı 8.02.2022- ci il tarixində "Dedektiv yazarın yaradıcılığından nümunələr" başlığı altında yazıçı Elxan Elatlının "Eksperiment" ,"Arxalı canavar","Məhəbbətin gizli kodu" kitablarının xülasəsini keçirdi. Kitabxanaçı Aidə Abdullayeva tədbiri açıq elan edərək qeyd etdi ki,Elxan Elatlının kitablarının böyük əksəriyyəti dedektiv janrda yazıkmışdır.Onun"Eksperiment" romanında 70 ildən artıq davam etmiş Sovet diktaturasının əsil saxtakar siması göstərilmişdir.O gəncləri dövlət müstəqilliyimizin qədrini bilməyə çağırmışdır.

"Məhıbbətin gizli kodu" romanında xəyanətlə üzləşmiş insanlarln acınacaqlı taleyindən bəhs olunur.

"Arxalı canavar" romanında onun digər əsərlərində olduğu kimi əsərin əsas qəhrəmanlarından biri olan polkovnik Qanbay Qasımlının müəmmalı şəkildə yoxa çıxmış iki gəncin axtarışı ilə bağll apardığı cinayət işindən söhbət gedir.

Ümumiyyətlə E.Elatlının bütün əsərlərində faktlar öz məntiqi həllini tapmış,ədalət qanunsuzluğa qalib gəlmişdir və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

 

150.8 KB