08.02.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı 07.02.2022 - ci il tarixdə 2022-ci ilin ölkəmizdə "Şuşa ili" elan olunması və Mədəniyyət Nazirliyinin "Şuşa mədəniyyətinin inciləri" adlı layihəsi ilə əlaqədar, Şuşanın zəngin mədəniyyətini geniş təbliğ etmək məqsədilə "Muğam ocağı - Şuşa" adlı söhbət keçirdi.Tədbiri kitabxananın müdiri Natella Hacıyeva aparırdı.Kitabxanaçı qeyd etdi ki,Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2022- ci il ölkəmizdə "Şuşa ili" elan olundu və bu mötəbər hadisəni rəhbər tutaraq,Mədəniyyət Nazirliyi
" Şuşa mədəniyyətinin inciləri" adlı layihəyə start verib.Biz də bu layihəyə qoşularaq tədbirlər planı tərtib etmişik və bu layihəyə
"Muğam ocağı - Şuşa" adlı söhbətlə start veririk.Kitabxanaçı vurğuladı ki,xalq arasında "Şuşada körpələr belə muğam üstə ağlarlar", "Kim oxumağı bacarmırsa ,deməli şuşalı deyil" deyimləri zərbi-məsələ çevrilmişdir.Hətta Şuşanı,haqlı olaraq "Qafqazın konservatoriyası" adlandırmışdılar.Kitabxanaçı bildirdi ki, ilk muğam
məktəbi XIX əsrdə Şuşada yaranmışdı və ilk məktəbi Şuşanın məşhur muğam bilicisi Xarrat Qulu yaratmışdı . Xanəndə Hacı Hüsü,Cabbar Qaryağdı oğlu,Əbdülbağı Zülalov , Əbülfət Əliyev, Qədir Rüstəmov, Bülbül,Xan Şuşinski və.s həmin məktəbin yetirmələridir. .Kitabxanaçı bildirdi ki,muğam sənəti bizim günlərə gəlib çatmışdır,muğam bu gün də yaşayır və gələcək nəsillərə ötürülür.Tədbirin sonunda kitabxanaçı vurğuladı ki,Şuşa nəinki Azərbaycanın,eləcə də dünyanın mədəniyyət ocağı olmağa layiqdir və biz kitabxanaçıların da borcu bu zəngin tarixi mədəniyyəti təbliğ etməkdir.