Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Vətən fədaisi” adlı anım günü keçirilib

07.02.2022

7.02 2022-ci il tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı I Qarabağ müharibəsinin  Milli Qəhrəmanı Firuddin İsa oğlu Şamoyevin anadan olmasının 60 illiyi münasibətilə "Vətən fədaisi" adlı anım günü keçirdi. Anım günü  filialın kitabxanaçısı Səriyyə Abbasova açdı.Tədbirdə ilk öncə Firuddin Şamoyevin və bütün  Azərbaycan şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Kitabxanaçı Firuddin Şamoyevin qısa lakin çox mənalı həyatı və döyüş yolu haqqında məlumat  verdi.Tədbirdə tarix müəllimi Arifə Abbasova "Azərbaycan tarixini yazanlar" mövzusunda çıxış etdi. Müəllimə  Azərbaycan oğullarının qorxmazlığından, məğrurluğundan vətən üçün hər zaman canlarından belə keçməyə hazır olduqlarını danışdı. Qarabağ müharibəsi başlayanda Firuddinin qəlbi arzularla, həyat  eşqi ilə çırpındığı bir vaxtda üç körpə  övladlarını ailəsinə buraxıb  vətəni düşməndən qorumağa yollanır. O, döyüşdə qorxmazlığı, igidliyi ilə hər kəsdən fərqlənir. Firuddin son  döyüşündə ermənilərin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdi. O,  1992-ci il 13 aprel tarixində Qazax rayonunun kəndlərinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Azərbaycan Respublikası prezidentinin 1992-ci il 7 iyun tarixli 833 saylı  fərmanı ilə Firuddin İsa oğlu Şamoyeva  ölümündən sonra  "Azərbaycanın Milli Qəhrəmanı" adı  verilmişdir. Qəhrəmanın adını əbədiləşdirmək məqsədilə  Qazaxda 4  saylı orta məktəbə  Firuddin Şamoyevin adı verilmişdir. Tədbirdə vətənpərvərliyə, qəhrəmanlığa aid şeirlər söylənildi.

 

122.3 KB