Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mübariz İbrahimovun Qəhrəmanlıq Gecəsi” adlı onlayn videokonfrans keçirilib

07.02.2022

07.02.2022 - ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi və kənd filialları ilə birgə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olmasının 34 illiyi ilə​ bağlı " Mübariz İbrahimovun Qəhrəmanlıq Gecəsi" adlı onlayn videokonfrans keçirildi.

Tədbirdə ilk sözü Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Məmişov Arif söylədi. O, qeyd etdi ki,​ Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir. Gənc nəsilə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvər ruhda böyütmək, torpağına bağlı, millətinə hörmət hissi ilə tərbiyə etmək isə hər bir vətəndaşın vəzifəsidir. Şəhidlərimizi yad etmək, xatirəsini əziz tutmaq hər birimizin ən müqəddəs borcudur.

Sonra söz Gəncə Regional Mədəniyyət İdarəsinin Baş məsləhətçisi Əliyev Süleymana verildi. "Torpaq uğrunda ölən varsa, vətəndir!" deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Bu igidlərdən biri də İbrahimov Mübarizdir. 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir İbrahimov Mübariz iki ordu arasındakı bir kilometirlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin bir neçə əsgər və zabitini öldürür. Sonra isə ermənilərin öz silahlarını onlara qarşı istifadə edərək 5 saat onlarla döyüşür. Mübariz İbrahimov səhərə yaxın saatlarda həlak olur. Həmin ildə Azərbaycan Prezidenti İlham Əliyev Mübariz İbrahimova "Azərbaycan Milli Qəhrəmanı" adının ( ölümündən sonra) verilməsi barədə sərəncam imzalamışdır. Gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilmişdir.
Sonra söz Lək kənd Sənətkarlıq evinin müdiri Nəbiyev Cahangirə verildi. O, da qeyd etdi ki, hər birimizin qəlbində müqəddəs bir hiss - Vətənə olan məhəbbət hissi yaşayır. Vətən sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır. Uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edənlər hər zaman hörmətlə anılırlar. İllər ötsə belə, nəsillər bir - birini əvəz etsə belə öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğullarımız heç vaxt unudulmayacaq.

 

67.3 KB