Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir” adlı anım günü keçirilib

07.02.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı kitabxana filialı Milli Qəhrəman Mübariz İbrahimovun anım günü ilə əlaqədar "Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir" adlı anım günü keçirdi. Kitabxanaçı Könül Qafarova tədbiri açıq elan edərək, Milli Qəhrəmanın keçdiyi şərəfli həyat yolundan bəhs etdi.Mübariz İbrahimov ömrünün gənc çağında şəhidlik zirvəsinə ucaldı.Mübarizin Vətən yolunda verdiyi mübarizə bir vətəndaşın vətəninə, dövlətinə, xalqına məhəbbətinin aliliyini nümayiş etdirdi.Mübariz İbrahimov vətənpərvərliyin, cəsarətin, mübarizliyin rəmzidir. Gələcək nəsillərə örnək olası Milli Qəhrəman Mübariz İbrahimovun ruhu hər zaman ehtiramla yad edilməli və təbliğ olunmalıdır.Tədbirin davamında kitabxanaçı  Yahya Yusif Caniyarın "Turan mübarizi" adlı kitabı oxuculara təqdim etdi. Kitab Bakı "Ozan" Nəşriyyatı - 2011 ci ildə II cilddə, 400 səhifədən ibarət olan nəşrdə Milli Qəhrəmanın həyatından və döyüş yolundan geniş məlumat verilmişdi. Kitabda həmçinin Türk dünyasının tanınmış alimlərinin, dövlət xadimlərinin və ziyalılarının Ermənistanın işğalçılıq siyasəti, Azərbaycan ərazilərinə təcavüzü və Qarabağ hadisələri haqqında fikir düşüncələri yer almışdır. Təqdim olunan kitab oxucuların marağına səbəb oldu.
Tədbir kitabxanaya gələn oxuculara və onlayn zoom proqramı vastəsilə qoşulan fəal oxucularla təşkil olundu.

 

82.9 KB