Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azərbaycanın adını uca tutan qəhrəmanlarımız” adlı söhbət keçirilib

07.02.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin 8 saylı kitabxana filialı 07.02.2022 -ci il tarixdə Azərbaycanın Milli Qəhrəmanı I Qarabağ müharibəsinin şəhidi Şamoyev Firudin İsa oğlunun anadan olmasının 60 illiyi münasibəti ilə "Azərbaycanın adını uca tutan qəhrəmanlarımız" adlı söhbət keçirdi. Tədbiri böyük kitabxanaçı Nahidə Əliyeva apardı. Kitabxanaçı qeyd etdi ki, Şamoyev Firudin Isa oğlu 1962-ci ildə fevralın 7- də Qazax rayonunda anadan olmuşdur. Orta təhsilini doğma rayonlarında almış, 1981-ci ildə hərbi xidmətə çağırılmışdır. 1983-cü ildə ordudan tərxis olunaraq Qazaxa qayıtmış, Təmir Tikinti Idarəsində Çilingər işləməyə başlamışdır. F. Şamoyev 1991-ci il iyulun 8-də könüllülərdən ibarət dəstəyə yazılmışdır. Qazax rayonunun Bağanıs Ayrım, Məzəm, Quşcu Ayrım və digər kəndlərinin müdafiəsində iştirak etmiş, atəş nöqtələrinin məhv edilməsində rəşadət göstərmişdir. 1992-ci il aprelin 13-də Quşçu Ayrım kəndi ətrafında gedən ağır döyüşdə F. Şamoyev qəhrəmancasına həlak olmuşdur. Qazax rayonundaki Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ailəli idi. Üç evladı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Şamoyev Firudin Isa oğlu ölümündən sonra Azərbaycanin Milli Qəhrəmanı adına layiq görülmüşdür. Qazax şəhərindəki 4 nömrəli tam orta məktəb və küçələrdən biri onun adını daşıyır. Həmçinin , xatirəsinə bulaq tikilmişdir. Tədbiri keçirməkdə məqsəd oxucularda vətənpərlik duyğularını aşılamaq və vətənimizın şəhid oğlanlarını , Milli Qəhrəmanlarını unutmamaqdır.

 

265 KB