Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“İnternetin faydalı və zərərli cəhətləri” adlı söhbət keçirilib

07.02.2022

Gəncə Regional Mədəiyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 07.02.2022-ci il tarixində “İnternetin faydalı və zərərli cəhətləri” adlı söhbət keçirtdi. Tədbirdə Gəncə şəhər İsrafil Məmmədov adına 27 nömrəli məktəb-liseyin IV sinif şagirdləri iştirak etdilər. Tədbiri şöbənin kitabxanaçısı Nərmin Qasımova apararaq məktəblilərə internetin faydalı və zərərli tərəflərini izah etdi. Bildirdi ki, rəqəmsal dünyada texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə internet vasitəsilə məsafələr yaxınlaşır, istədiyimiz məlumatların və bizi maraqlandıran sualların cavabını sürətlə və anında əldə  edirik. İnternetdən istifadə hər birimizin dünyagörüşünü və biliklərini  artırır.  
Amma bütün bunlarla yanaşı internetin zərərli tərəfləridə vardırki bunun ən başlıcası saatlarla kompüterin qabagında fasiləsiz şəkildə oturmaqdır. Bu isə insanda asılılıq yaradaraq vərdiş halını alır və sonda səhhətimizə ciddi təsir göstərir, mənfi xüsusiyyətlərin meydana gəlməsinə səbəb olur. Nəticədə uşaqlar dərsdən yayınır. Tədbirin sonunda  uşaqların verdiyi suallar ətraflı cavablandırılaraq mövzu ilə əlaqədar video-çarx nümayiş olundu.

 

277.4 KB

 

266.1 KB