07.02.2022
07.02.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət idarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş kitabxana sisteminin 6 saylı Gənclər kitabxana filialı Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun il dönümü ilə bağlı "Ürəklərdə közərən köz sənindir Mübariz" başlığı altında anım günü keçirtdi. Tədbir İsmət Qayıbov adına 1 saylı tam orta məktəbin müəllim və şagirdləri ilə birgə məktəbin kitabxanasında keçirildi. Tədbir Mübariz İbrahimovun timsalında
Vətənin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı . Kitabxanaçı Günel Namazova qəhrəmanın həyatı və döyüş yolundan qısa məlumat verdi. Sonra 1saylı məktəbin təşkilatçısı Ləman Pənahova qeyd etdi ki, vətənpərvərlik ruhunda tərbiyyə alan Mübariz nə qədər qəhrəmandırsa onun valideynləri də bir o qədər qəhrəmandır. Məktəbin şagirdləri Mübariz İbrahimova həsr edilmiş şerlərlə çıxış etdilər. Sonda iştirakçılar qəhrəmanımızla bağlı hazırlanmış sərgi ilə tanış oldular. Qəhrəmanlar unudulmur, unudulmayacaq.