Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid ailəsi ilə görüş keçirilmişdir

07.02.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin əməkdaşı Elçin Tağıyev Vətən Müharibəsi Şəhidi Goranboy rayon Zeyvə kənd sakini Fuad İmaməddin oğlu Məhərrəmovun doğum günündə iştrak edib.
Elçin Tağıyev Şəhidin ailə üzvülərinə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun adından dərin hüzünlə başsağlığı verib, Şəhidimizə uca Allahdan rəhmət ailəsinə isə səbir diləyib.
Şəhid ailələrini ziyarət etmək onların anım və doğum günlərində iştrak etmək Mədəniyyət sahəsində çalışan bütün əməkdaşların vətəndaşlıq  borcu olduğu Şəhid ailəsinin diqqətinə çatdırıldı.
Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə etdilər.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

 

71.9 KB