Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Etüd üzrə müsabiqə keçirilmişdir.

07.02.2022

05 fevral 2022 -ci il tarıxdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux şəhər Uşaq Musiqi məktəbinin Fortepiano şöbəsində şagirdlərin texniki vərdişlərini inkişaf etdirmək məqsədi ilə  ənənəvi olaraq hər il keçirilən II- lll- lV - V -VI  siniflər arasında keçirilən Etüd üzrə bağlı müsabiqə keçirilmişdir.Müsabiqədə məktəbin təcrübəli müəllimləri Muqanlinskaya Sevda, İsayeva Gülnar və Tağıyeva Şəlalə münsiflər heyətinin üzvləri kimi şagirdləri dinləmişlər.Fortepiano şöbəsinin şagirdlərindən müvafiq siniflər üzrə I yerə 5 nəfər -Əlizadə Aysu( ll sinif), Xəlilova Səlmi( lll sinif),Məmmədova Gülnaz( IV sinif), Məmmədova Zeynəb ( V sinif), Qurbanova Kübra ( VI sinif) , II yerə -8 nəfər, III yerə- 8 nəfər şagird layiq görülmüşdür.Müsabiqədə I, II, III yerləri tutan və həvəsləndirici mükafatlara layiq görülən şagirdlərimizi və onların müəllimlərini təbrik edir, daha böyük yaradıcılıq uğurları arzu edirik.

 

122 KB