16.03.2018
Gəncə şəhərindəki Kəlbəcərlilərin yaşadıqları 1500 ailəlik Yeni qəsəbədə “Yurdumuza bahar gəlir” adlı ümumrayon Novruz şənliyi keçirildi.
Kəlbəcər rayon İcra Hakimiyyətinin Başçısı Aqil Məmmədov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi və onun şəxsində Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik etdi. Sonra o, Novruz tonqalını yandırdı.
Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evin və rayon Uşaq İncəsənət Məktəbinin hazırladığı konsert proqramı təqdim olundu. Konsertdə “Xalq aşıqlar” ansamblın, uşaq bağçasının rəqs ansamblının, Mədəniyyət evin rəqs kollektivi çıxış etdi.
Novruz şənliyində Dədə Qorqudun, Bahar qızın, Kosa və Keçəlin çıxışları xoş ovqat yaratdı.
Bayram şənliyində Novruz şirniyyatlarından ibarət sərgi, sacda buğda qovrulması, yuxa və kətə bişirilməsi və s. nümayiş etdirildi. Şənlik axşam saatlarınadək davam etdi.