05.02.2022
04.02.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi və kənd filialları ilə birgə Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayevin 104 illik yubileyi ilə bağlı onlayn konfrans keçirildi.
Tədbirdə ilk sözü Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Məmişov Arif açaraq tədbir iştirakçılarını salamladı. O, qeyd etdi ki, Azərbaycanın məşhur bəstəkarı Qara Qarayev haqqında iştirakçılara məlumat verdi.
Sonra söz Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon üzrə Baş məsləhətçisi Əliyev Süleymana verildi. O, bildirdi ki, Dünya mədəniyyətinin ənənələrini Azərbaycan folklorunun milli ənənələri ilə birləşdirərək Qara Qarayev, yeni mərhələdə Ü.Hacıbəylinin varisi kimi çıxış edərək, musiqi klassiklərinin vəsiyyətini canlandırır.
Qara Qarayev Şərq və Qərb musiqi mədəniyyətlərinin sintezini Azərbaycan musiqi sənətində yüksək səviyyəyə çıxaran dünyaşöhrətli bəstəkar sayılır.
Sonra söz Qarayeri kənd klub müdiri Həsənova Günelə verildi. O, çıxışında bildirdi ki, Qara Qarayev bizə zəngin musiqi əsərləri miras qoyub. Əgər ömür vəfa etsəydi Qara Qarayev daha da gözəl əsərlər yarada bilərdi. Görkəmli bəstəkarın əsərləri bu gün də dünya səhnələrində səslənməklə mükəmməlliyini bir daha sübut edir. O, bir çox filmlərə, tamaşalara musiqi bəstələyib. Qara Qarayev Azərbaycan musiqisinə böyük töhfələr vermiş dahidir. Dünya şöhrətli bəstəkarın əsərləri keçmiş SSRİ respublikalarında, ABŞ, Polşa, Misir, İspaniya, İtaliya, Fransa, Yaponiya və Almaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində müvəffəqiyyətlə səsləndirilib. Onun Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından bəhrələnərək yaratdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı “İldırımlı yollarla” baletləri dünyanın bir sıra ölkələrində uğurla nümayiş olunmaqdadır.