04.02.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı kitabxana filialı 2 Fevral Gənclər Günü ilə əlaqədar "Bu günün gəncləri sabahın gələcəyidir" başlıqlı onlayn görüş keçirdi.Tədbiri böyük kitabxanaçı Günel Əliyeva açaraq ulu öndər Heydər Əliyevin gənclər haqqında söylədiyi müdrik fikirləri ilə başladı və gəncləri bayram münasibəti ilə təbrik etdi. Bildirdi ki, gənclər tarixin bütün dövrlərində inkişafın hərəkətverici qüvvəsi olub. Bu gün Azərbaycan gəncliyi öz həyat və yaradıcılığını xalqına, Vətəninə və dövlətinə həsr etməyə hazırdır. Buna bariz nümunə olaraq 44 günlük II Qarabağ Vətən müharibəsində öz sücayətlərini nümayiş etdirən gənclərimizi xüsusu qeyd etdi.
Tədbirdə ictimai həyatda öz mövqeləri olan, müasir gəncliyə örnək olan gənclər iştirak etdi. Çıxış üçün söz alan Göygöl rayon Köşkü kənd tam orta məktəbin direktoru Eldəniz Səttarov müasir gənclərin vətənpərvər, intellektli, savadlı olmağı Azərbaycan gəncinin dünya arenasında öz sözünü deməsi əsl tədqirə layiq bir hal olduğunu qeyd etdi. Bu gün Azərbaycan gənci öz tarixinə, öz vətəninə, xalqına, dövlətçilik tarixinə, bayrağına, himninə, gerbinə, milli dəyərlərinə hörmətlə yanaşır və hər şeydən uca tutur. Digər iştirakçılar "Fərəh İctimai Birliyinin" rəhbəri İlqar Hümbətov, Göygöl şəhər 5 saylı tam orta məktəbin peşə sinif müəllimi Maarif Quliyev, Gəncə şəhər 2 saylı tam orta məktəbin şahmat müəllimi Vüqar Rəfiyev, Gəncə Dövlət Universitetinin fəal gəncləri Elgün İsmayılov, Leyla Təhməzova, Müşafərim Hacıyeva, Havabel Əsədzadə və digər kitabxananın fəal oxucuları iştirak etdi. Tədbirdə iştirak edən gənclər onlara dövlətin göstərilən qayğısından və etimadından danışaraq öz fikirlərini bölüşdülər.