Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Naftalanda Novruz şənliyi

16.03.2018

Naftalan şəhəri, Heydər Əliyev adına meydanda baharın gəlməsi münasibəti ilə “Novruz – 2018” adlı ümumşəhər el şənliyi keçirildi.

Naftalan şəhər İcra Hakimiyyətinin Başçısı Natiq Aslanov çıxış edərək Novruz bayramı münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi və onun şəxsində xalqımızı təbrik etdi, Azərbaycan Respublikasına sülh, əmin-amanlıq, ruzi-bərəkət arzuladı. Novruz tonqalı yandırıldı.

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Novruz şənliyində F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının hazırladığı maraqlı konsert proqramı şənlik iştirakçılarına təqdim edildi.

Bayram şənliyinə rəsm, dekorativ tətbiqi sənət nümunələri, Novruz şirniyyatla sərgi təşkil olundu.

Tədbirdə Dədə Qorqud, Bahar qız, Kosa və Keçəlin çıxışı şənlik iştirakçıları tərəfindən rəğbətlə qarşılandı. Şənlik günorta saatlarınadək davam etdi.