04.02.2022
Gəncə Regional Mədəniyyət İdarəsi tabeliyində fəaliyyət göstərən Gəncə şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbində 2 Fevral Gənclər günü münasibətilə tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Aynur Şixiyeva ,dərs hissə müdiri Solmaz Fərəcova kollektivə öz səmimi arzularını çatdırdı. Məktəbin direktoru Aynur Şixiyeva Ulu Öndər Heydər Əliyevin "2 fevral Azerbaycan Gəncləri günü elan edilməsi " haqqında sərəncamının gənclərdə mənəvi ruh yüksəkliyinə səbəb olduğunu, Azərbaycan gənclərinin daim ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunduğunu vurğuladı. Tədbirdə məktəbin gənc müəllimləri rəngarəng musiqi nömrələri ilə çıxış etdilər.