Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Müstəqil dünyamızın gələcəyi gənclərdir” başlıqlı dəyirmi masa keçirilib

04.02.2022

02.02.2022-ci il tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 saylı kitabxana filialında 2 Fevral Gənclər günü münasibəti ilə "Müstəqil dünyamızın gələcəyi gənclərdir" başlıqlı dəyirmi masa keçirildi.Tədbiri kitabxanaçı Xəyalə Nəsibova açaraq tədbirdə iştirak edən hər kəsi Gənclər günü münasibətilə təbrik etdi.O, çıxışında bildirdi ki, bu gün Azərbaycan müstəqil dövlətçiliyimizin üzərində bərqərar olduğu dayaqlardan biri də heç şübhəsiz Azərbaycan gəncliyidir. Azərbaycan gəncliyi hər zaman dövlətimizin qürur mənbəyi olmuşdur.
Tədbirdə Mədəniyyət Mərkəzinin kompyuter kursunun tələbəsi Sevda Mürsəlova fəal gənc olaraq müasir kompüter texnologiyasının sirlərini öyrənməyə çalışdığını bildirdi.
Sonra Mədəniyyət Mərkəzinin tibb kursunun tələbəsi Fatimə Cəfərzadə müasir gəncliyin vətənpərvərliyindən, elmin və idmanın müxtəlif sahələrində əldə etdikləri nailiyyətlərdən,torpaqlarımızın toxunulmazlığı uğrunda döyüşdə qəhrəmanlıqlarından, şəhidliyi uca tutub ölümü şərəflə qəbul etmələrindən söhbət açdı.Tədbirdə gəncləri maraqlandıran bir sıra mövzuda çıxışlar oldu.
Sonda kitabxanaçı Günel Kərimova Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin müasir gəncliyə göstərdiyi qayğı və diqqətindən, bu günkü gəncliyin sağlam düşüncəsindən, xalqını, millətini sevməsindən danışdı.

 

77.4 KB