Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Vətənpərvər Gənclik gələcəyin təminatıdır” başlığı altında dəyirmi masa keçirilib

04.02.2022

02.02.2022-ci il tarixində Gəncə  Regional Mədəniyyət  idarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş kitabxana sisteminin 6 saylı Gənclər kitabxana filialı 2 feral Gənclər  günü ilə bağlı  "Vətənpərvər Gənclik gələcəyin təminatıdır" başlığı altında dəyirmi masa keçirtdi. Tədbir İsmət Qayıbov adına 1 saylı tam orta məktəbin müəllim və XI sinif şagirdləri ilə birgə məktəbin  kitabxanasında keçirildi. Kitabxanaçı Xəyalə İsmayılova tədbir iştirakçılarını salamladı və
  gəncləri 2 fevral Gənclər günü münasibəti ilə təbrik etdi, onlara müvəffəqiyyətlər  arzuladı.  Vətənin bütövlüyü uğrunda canlarından keçən şehidlerimizin ruhunu bir deqiqelik sükutla yad etmeyi xahiş etdi.O qeyd etdi ki, həqiqətəndə gənclik  boyuk qüvvədir. Bu gün Azərbaycan gəncləri ölkəmizin dəyərli vətəndaşları olduqlarını öz fəaliyyətləri ilə sübut etmişlər.    Sonra  1saylı məktəbin təşkilatçısı Nüşabə  Məmmədova qeyd etdi ki,  Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir.  Bu günkü zəfərimizi vətənpərvər ruhda böyüyən gənclərimizə borcluyuq. Məktəbin kitabxana müdiri  İsgəndərova Xəyalə öz çıxışında qeyd etdi ki, Gənclərin böyük xosbəxtliyi səadəti ondadır ki, müstəqillik dövründə formalaşırlar. Gənclik gözəllik, yeni sabahlara işıqlı bir yoldur.  Bu gün gənclər Respublikamızın adını bir çox ölkələrdə layiqincə ucaldırlar. Sonda  şagirdlərlə birgə Gənclər gününə həsr edilmiş video çarx izlənildi.

 

47.5 KB