04.02.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 12 saylı kitabxana filialı 02.02.2022-ci tarixində 2 Fevral Gənclər Günü ilə bağlı "Gənclərə inanaq daha gözəl dünya quraq " başlıqlı dəyirmi masa keçirdi.Tədbiri kitabxanaçı Xatirə Verdiyeva açaraq Gənclər günü münasibəti ilə iştirakçıları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzuladı.Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsilə bağlayır. Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi , doğma ana dilimizi, gözəl adət- ənənələrimizi göz bəbəyi kimi qoruyub saxlayır. Bu gün Ulu öndərimiz Heydər Əliyevin arzuladığı sağlam, vətənpərvər intellektli gənçlik formalaşıb. Gənclər sosial iqtisadi inkişafın aparıcı qüvvəsi , cəmiyyətin islahatları hərəkətə gətirən ən dinamik zümrəsi, yaşlı nəsilin davamçısıdır.