04.02.2022
02.02.2022- ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemininin 11 saylı kitabxana filialı 2 fevral Beynəlxalq Gənclər günü münasibətilə “Gənclik gələcəyə bir pəncərədir” adlı dəyirmi masa keçirdi.
Tədbiri filialın kitabxanaçısı Nailə Məmmədova açdı və 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gənc şəhid Hüseyn Mirzəyevin simasında bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Azərbaycanda Gənclər gününün təsis edilmə tarixi haqqında geniş məlumat verdi.
Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Bu baxımdan sağlam düşüncəli və savadlı nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcək müqəddəratı indiki gənclərdən asılı olacaqdır. Nəsillər dəyişir, ölkələr inkişaf edir. Lakin ənənələr, milli dəyərlər yaşayır və ölkənin hərtərəfli, uğurlu inkişafına hər bir insan öz töhfəsini verməlidir.
Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. O, öz həyatını qurarkən, ilk növbədə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, əməli fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir.
Tədbirdə ikinci Qarabağ müharibəsi iştirakçısı, gənc maarifçi Sabir Hüseynov da çıxış edərək öz fikrini bildirdi.
Həmçinin, hər bir xalqın tarixində onun borclu olduğu şəxsiyyətlər vardır. Azərbaycan xalqı isə bu günü və sabahı üçün ulu öndərimiz Heydər Əliyevə borcludur.
Sonra isə 11 saylı kitabxana filialının müdiri Esmira Həsənova çıxış edərək bildirdi ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilr. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır.
Ölkə gəncləri Prezident Cənab İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu alqışlayr, bu siyasətin icrasında daim onun yanındadaır. Əziz gənclər bayramınız mübarək!
Tədbirdə Gəncə Maarif Evi İctimai Birliyinin həmtəsisçisi İmamverdi Vəliyev,gənc maarifçilər; Sabir Hüseynov, Tağı Bağırov, gənc şəhid Hüseyn Mirzəyevin anası Günel Mirzəyeva da çıxış edərək öz fikirlərini bildirdi.
Tədbirdə Gəncə Maarif Evi İctimai Birliyinin həmtəsisçisi İmamverdi Vəliyev,gənc maarifçilər; Sabir Hüseynov, Tağı Bağırov, gənc şəhid Hüseyn Mirzəyevin anası Günel Mirzəyeva və şəhərimizin fəal gəncləri iştirak etdi.