Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

2 Fevral Gənclər Günü ilə əlaqədar olaraq dəyirmi masa keçirilib

03.02.2022

02.02.2022-ci il tarixində Xocalı rayon mədəniyyət evində rayon mədəniyyət evi-nin və Xocalı rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə 2 Fevral Gənclər Günü ilə əlaqədar olaraq dəyirmi masa keçirildi. Tədbirdə rayon mədəniyyət evinin və rayon Mərkəzi Kitabxanasının işçiləri iştirak etdilər.

Rayon mədəniyyət evinin metodisti Ramil Miriyev çıxış edərək gəncləri və ruhən gənc əhval-ruhiyyədə olanları təbrik etdi. O bildirdi ki, bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

            Rayon Mərkəzi Kitabxanasının İnformasiya resurs şöbəsinin müdiri Lətifə Rəsulova çıxış edərək bildirdi ki, Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.

 

224.6 KB