03.02.2022
02.02.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi, kənd filialları, Gənclər İnkişaf və Karyera Mərkəzinin Samux rayon üzrə nümayəndəliyi və Gənclər İdman idarəsi ilə birgə 2 Fevral Gənclər Günü ilə bağlı onlayn konfrans keçirildi.
Tədbirdə ilk açılışı Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Məmişov Arif açdı. Çıxışını Cənab Prezidentimiz İlham Əliyevin Gənclər haqqında söylədiyi fikirlə açdı. "Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər mən sizə inanıram güvənirəm". Bu gün hər kəsə məlumdur ki, 2 Fevral Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirildi. 1997-ci ildən isə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başladı.
Sonra söz Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayonu üzrə baş məsləhətçisi Əliyev Süleymana verildi.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gənclərinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirləri sadalamaqla biz gənclərimizin dövlətçiliyə bağlı, intelektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi olarıq.