Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Uğurlu gələcək, gənclərlə gələcək”mövzusunda onlayn tədbir keçirilib

03.02.2022

02 fevral 2022-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Fətallar kənd kitabxana filialında Gənclər günü ilə əlaqdar olaraq “Uğurlu gələcək, gənclərlə gələcək”mövzusunda onlayn tədbir keçirildi. Tədbiri giriş sözü ilə filial müdiri  Bayramova Rəfiqə açaraq bildirdi ki, Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.

Tədbirdə Azərbaycan Könüllülər Təşkilatının sədri Yusif Hacıyev, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Peşə təhsili mərkəzinin direktor müavini Canoğlan İlyasov, Qazi Məbud Əhmədov çıxış edərək, Ümummilli lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb - bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, Dövlət proqramları bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və Dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib. 44 günlük Vətən müharibəsində gənclərimiz tarix yazaraq, canlarından keçərək Qələbəyə nail olmalarından danışdılar.

 

103.8 KB