Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Müasir Azərbaycan Gənciliyi” mövzusunda onlayn tədbir keçirilib

03.02.2022

02 fevral 2022-ci il tarixində Kəlbəcər rayon 1 saylı Şəhər kitabxanasında Gənclər günü ilə əlaqədar olaraq “Müasir Azərbaycan Gənciliyi” mövzusunda onlayn tədbir keçirildi. Tədbirdə 1 saylı Şəhər kitabxanasının kitabxanaçısı Abbasova Sevinc çıxış edərək Bu gün Azərbaycanda həm  mənəvi, həm də fiziki cəhətdən sağlam gənclər  yetişir. Onlar  elm, mədəniyyət, səhiyyə, sənaye və digər sahələrdə uğurlu nailiyyətlər əldə edir, mötəbər idman yarışlarında, olimpiya oyunlarında ölkəmizin şərəfini qoruyaraq Azərbaycan Bayrağını yüksəklərə qaldırırlar. Tədbirdə Kəlbəcər rayon Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatının sədri Hikmət Bağırov, Kəlbəcər rayon  MKS-nin direktoru Sadiqə Quliyeva, Metodist Pərvanə İsmayılova çıxış edərək bildirdilər ki, Azərbaycan Respublikasının təhlükəsizliyini və müdafiəsini təmin etmək kimi müqəddəs vəzifəni yerinə yetirən Silahlı Qüvvələrimizin sıralarında xidmət edən hərbi qulluqçuların əksəriyyəti gənclərdir. Onlar Ulu Öndər Heydər Əliyevin ideyalarına həmişə sadiqdirlər, Vətən, xalq, dövlət qarşısında əsgəri borclarını şərəflə yerinə yetirirlər. Bu gün gənclərimiz Avropa və dünyanın otuzdan çox nüfuzlu beynəlxalq gənclər təşkilatında təmsil olunur və bununla da beynəlxalq gənclər hərəkatının fəal tərkib hissəsinə çevrilirlər.

 Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.

  Bu gün 2 Fevral Gənclər Gününü qeyd edən Azərbaycan gəncliyinin tarixi ədaləti bərpa etməkdə rolu əvəzsizdir və danılmaz olmasından danışdılar.

 

123.7 KB