03.02.2022
Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Goranboy rayon Dövlət Rəsm Qalereyasında 02.02.2022-ci il tarixində Gənclər gününə həsr olunmuş tədbir təşkil edilmişdir. Qalereyanın direktoru Çinarə Abdullazadə məlumat verərək bildirmişdirki, bugün Azərbaycan gəncləri öz bayramlarını qalib bir ölkənin vətəndaşları kimi qürurla qeyd edirlər. Ulu öndərimiz Heydər Əliyevin 1997-ci fevralın 2-də imzaladığı fərmana əsasən 2 fevral Azərbaycanda Gənclər günü kimi qeyd edilir. Təbiki bu təsadüffi hal deyil Ulu Öndərin gənclərə göstərdiyi diqqət və qayğının bariz nümüunəsidir. Azərbaycan gəncləri üçün ən mühüm sınaqlardan biridə 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 davam edən Vətən müharibəsi olmuşdur. Gənclərimiz cəsurcasına vuraşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa edib 30 illik həsrətə son qoydu. Bu gün sevindirici haldır ki gənclər Azərbaycanın bütün sahələrində yer almaqdadır. Hər bir güclü ölkənin savadlı gənclərə ehtiyacı vardır. Sonda sərgiyə baxış keçirildi. Sərgi tamaşaçılar tərəfindən maraqla qarşılandı.